Azərbaycan klubu Serbiya yığmasının vingerini icarəyə götürdü - SON DƏQİQƏ

28 Avqust 22:00 Sabah 1 062
Azərbaycan klubu Serbiya yığmasının vingerini icarəyə götürdü - SON DƏQİQƏ

«Sabah» az öncə heyətinə yeni oyunçu qatıb.

Ölkə kubokunun sahibi Veljko Simici düşərgəsinə gətirib.

Serbiyalı legioner son olaraq Türkiyədə çıxış edib. «Bayquşlar» onu «Sivasspor»dan icarəyə götürüb.

30 yaşlı sol cinah yarımmüdafiəçisi ilə bağlanan müqavilənin müddəti 1 ildir. O, ölkəsinin U-17, U-19, U20 və U-23 yığmalarının formasını geyinib.

2023-cü ildə isə əsas milliyə dəvət alıb və bu müddətdə 1 qol vurub.

«Sivasspor» onu 2025-ci ilin əvvəlində Nikosiya «Omoniya»sından transfer edib. Super Liqada 15 oyun keçirən və 1 qol vuran balkanlı komandasının I Liqaya düşməsi səbəbindən yerdəyişmə etməyi zəruri sayıb.

Futbolda ilk addımlarını Belqrad «Red Star»ında atmış Simic daza sonra «Bazel»ə üz tutub.

2014-cü ildə İsveçrə klubu ilə 3 illik kontrakt imzalayıb və bu zaman kəsiyində «Domjale» (Sloveniya), «Şaffhausen» (İsveç) və «Kiasso »də (İtaliya) icarədə olub.

2017-ci ilin yayında İsveçrədə «Vinterthur» ilə anlaşıb. 1 il sonra vətənə qayıdıb və «Zemun»un uğurları üçün çalışıb.

Növbəti 3 ili isə «Red Star»da keçirib. 2021-2023-cü illər aralığında «Voyvodina»nın formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!
28 Avqust 09:40 Kasıbın olanı budur!
28 Avqust 04:20 "Kəpəz"ə xəbərdarlıq