“Onlar olmasaydı, “Sabah” üçün bu 50 qol mümkün olmazdı” - FOTO

02:00 Sabah 83
“Onlar olmasaydı, “Sabah” üçün bu 50 qol mümkün olmazdı” - FOTO

“Sabah”ın hücumçusu Coy-Lens Mikels sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, almaniyalı legioner Masazır klubunun heyətində vurduğu qollardan ibarət video paylaşaraq, komandaya və azarkeşlərə təşəkkürünü bildirib:

"Bu əlamətdar hadisədə əməyi olan hər kəsə, keçmiş və indiki komanda yoldaşlarıma, məşqçilərimə, fiziki hazırlıq məşqçilərə və hamıya təşəkkür etmək istərdim

Məni meydanda və meydandan kənarda dəstəkləyən hər kəsə və həmişə məni alqışlayan fantastik azarkeşlərimizə də, həmçinin Asistləriniz, fədakarlığınız və tribunadan yorulmaz dəstəyiniz olmasaydı, “Sabah” üçün bu 50 qol mümkün olmazdı.

Hər bir qol bizim kollektiv işimizin nəticəsidir. Bu mərhələ təkcə mənə deyil, hamımıza aiddir. Təşəkkür edirəm".

Mikels Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Petrokub”la(4:1) görüşündə het-trik edərək, “Sabah”ın heyətində vurduğu qolların sayını 50-ə çatdırıb.

Onun ən yaxın izləyicisi isə Cessi Sekidikadır(20 qol).

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 20:00 Çək və bizə göndər!
17 Avqust 07:10 Xəzərdə zəlzələ oldu
17 Avqust 04:00 Milli Avstriyaya uduzdu