“Sabah” orta asiyalını icarəyə götürdü - BİRİLLİK

28 Yanvar 2025 16:20 Sabah 753
“Sabah” orta asiyalını icarəyə götürdü - BİRİLLİK

"Sabah" heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Özbəkistanlı futbolçu Umarali Raxmonaliyev Rusiyanın "Rubin" klubundan "Sabah"a keçib. Müqaviləyə əsasən, Raxmonaliyev icarə əsasında "Sabah"ın uğurları üçün çalışacaq. İcarə müqaviləsinin müddəti 1 ildir.

Umarali karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.

Umarali Raxmonaliyev 2023-cü ildən "Rubin"də çıxış edib. Gənc futbolçu bu mövsüm "Rubin"də 7 oyuna çıxıb və 1 qol ötürməsi edib.

"Sabah" bu qış qazaxıstanlı qapıçı Stas Pokatilovu da heyətinə cəlb edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0