COP29

“Neftçi”sən söhbət düşdü, “bəzən belə də olur” söylədi - İDDİALI AÇIQLAMA

3 Noyabr 19:00 Sabah 762
“Neftçi”sən söhbət düşdü, “bəzən belə də olur” söylədi - İDDİALI AÇIQLAMA

"Sabah"ın yarımmüdafiəçisi Şakir Seyidov Premyer Liqanın 11-ci turunda "Neftçi" ilə bərabərə bitən (0:0) matç haqda Sportinfo.az-a müsahibı verib.

- Oyun barədə düşüncələrin necədir?

- Yaxşı oyun sərgilədik. Fikrimcə, üstünlük bizim tərəfimizdə idi. Təəssüf ki, bu üstünlükdən yararlanıb oyunu qələbə ilə başa vura bilmədik.

- Buna nə mane oldu?

- Qol şanslarımız çox oldu. Hətta penal qazansaq da, faydalana bilmədik. Futbolda bəzən belə də olur.

- İvan Lepiniça və Elvin Camalov kimi təcrübəli simaların yoxluğunda orta xətdə "Neftçi"yə qarşı oynamaq çətin deyildi?

- Hansı mövqedə oynamasından asılı olmayaraq "Neftçi" ilə oyunlar həmişə çətin olur. Bu dəfə belə olacağını gözləyirdik. Oyun asan keçmədi. Həm Elvin, həm də Lepiniça bizim komandanın çox mühüm və əsas üzvləridir. Amma bizim komandada kifayət qədər yaxşı futbolçu var. Mən də daxil olmaqla, hər kəs əlindən gələni edir ki, komandanın yaxşı nəticə qazanmasında rol oynasın.

- Mövsümdə ikinci dəfə start heyətdə meydana çıxdın. Yaxşı oyun keçirdiyini demək olar. Davamlı əsas heyətdə oynamağa özünü hazır hiss edirsən?

- Hər bir futbolçu daha çox oynamaq istəyər. Mən də həmçinin. Bunun üçün məşqlərdə əlimdən gələni edirəm. Oyunum barədə müsbət şeylər eşitmək xoşdur. Məncə, komandanın hər bir üzvü ehtiyac olduqda meydana çıxıb, kömək etməyə hazır olmalıdır. Bizdə məhz belədir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti