“Sabah” bu yerə gəlib çatmaq üçün...

25 Sentyabr 2024 01:20 Sabah 812
“Sabah” bu yerə gəlib çatmaq üçün...

“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu vurub.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VII turuna təsadüf edib.

Bakı derbisində “Səbail”lə görüşən “Sabah” səfərdə 4:2 hesablı qələbə qazanıb. Matçdakı sonuncu qol qonaqlar üçün yubiley xarakteri daşıyıb.

Bu topa Pavol Şafranko penaltidən imza atıb.

“Sabah” 250-ci qolu 183-cü oyunda vurub. Paytaxt təmsilçisinin ilk qolunu 2018-ci il avqustun 12-də Marko Deviç vurub. O, “Keşlə” ilə səfər qarşılaşmasında penalti ilə qələbə topuna imza atıb – 1:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?