«Səbail»in rəhbərliyində ayrılıq baş verib.
İxtiyar Asyabi buradan uzaqlaşdırılıb.
Müşahidə Şurasının (MŞ) üzvünün artıq əsas komandaya heç bir aidiyyatı qalmayıb.
Bu barədə qərar klubun sponsoru, «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyevə məxsusdur. O, ASCO-nun təmsilçisi kimi «Səbail»in idarə aparatına yerləşdirilmiş bu şəxsin fəaliyyətindən narazı qaldığı üçün belə bir addım atıb.
İ.Asyabi bir neçə ildir klubun gündəlik həyatında mühüm rol oynayırdı. Güclü tərəf hesab olunurdu.
Düşərgədə hamı onunla hesablaşırdı. Eyni zamanda son vaxtlar Şahin Diniyevə müxalif biri kimi tanınırdı.
Baş məşqçinin dəyişdirilməsini istəyən şəxslərin sırasında yer almasına dair müxtəlif informasiyalar yayılırdı. Odur ki, Diniyevin daha bir əleyhdarı üzərində qələbə qazanmasını deyə bilərik.
Çünki adıçəkilən çalışdırıcının klubun bir neçə rəsmisindən «yuxarı»ya şikayət etməsi faktı bizə məlumdur.
Özü və həmin şəxslər məlumatı hər nə qədər təkzib etsə də, bilirik ki, ox yaydan çıxıb, Diniyev əks-hücuma keçib.
SPORTİNFO.AZ