"Mançester Yunayted"lə oyundan öncə "Sabah"dan ŞAD XƏBƏR!

18:35 Sabah 297
"Mançester Yunayted"lə oyundan öncə "Sabah"dan ŞAD XƏBƏR!

“Sabah” İngiltərə səfəri öncəsi zədəli oyunçusu Akim Zedadkadan şad xəbər alıb.

31 yaşlı müdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel"lə cavab oyununda zədələnərək meydanı erkən tərk etməli olmuşdu.

O, bu səbəbdən Premyer Liqada “Araz-Naxçıvan” və “Zirə” ilə oyunları buraxmışdı.

Hər iki qarşılaşmada iştirak ərizəsində belə adı yox idi.

Lakin futbolçunun “Mançester Yunayted”lə oyuna hazır olmaq ehtimalı kifayət qədər yüksəkdir.

Əlcəzairli oyunçu artıq kollektiv məşqlərə başlayıb.

Böyük ehtimalla, Valdas Dambrauskas bu futbolçunun xidmətindən İngiltərədə istifadə edə biləcək.

"Mançester Yunayted" - "Sabah" oyunu 10 sentyabr, 23:00-da start götürəcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO