“Sabah”ın qolçusu Coy Lens Mikels Misli Premyer Liqasının 4-cü turunda “Zirə”ni 5:0 hesabı ilə məğlub etdikləri oyund haqda fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, komandasının qələbəsini dəyərləndirən 30 yaşlı hücumçu 5 qol vurmaqlarının böyük mesaj olduğunu bildirib
“Oyuna qələbə üçün çıxmışdıq və bunu bacardıq. Beş qol vurmağımız, xüsusilə də bu mövsüm heç bir oyunda məğlub olmayan “Zirə”yə qarşı bunu etməyimiz daha da təsirlidir.
Düşünürəm ki, bu, bizim tərəfdən böyük və yaxşı bir mesaj oldu”.
Mikels qarşılaşmada 3 qol vuraraq bu mövsüm Misli Premyer Liqasında ilk het-trikə imza atıb. O, bunun üçün çox xoşbəxt olduğunu söyləyib:
“Bu, Azərbaycan çempionatında ilk het-trikimdir. Avrokuboklarda artıq qol vurmuşdum, amma çempionatda heç vaxt het-trik etməmişdim.
Buna görə çox xoşbəxtəm. Üçüncü qolu vuranda belə sevinməyimin səbəbi də bu idi. Bu gün mənim üçün xüsusi gündür”.
