“Sabah”ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlanıb.
Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinə 27 futbolçu sifariş olunub.
Bunlardan 4-ü qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 5-i hücumçudur. 3 oyunçu B siyahısında yer alıb.
Baş məşqçi Valdas Dambrauskas təsnifat mərhələləri ilə müqayisədə heyətdə bəzi dəyişikliklər edib.
Zədə üzündən əvvəlki oyunlarda iştirak etməyən Xəyal Əliyev və Rusiya “Zenit”indən icarəyə götürülmüş braziliyalı yarımmüdafiəçi Eduardo Santos Keyros (Du Keyros) iştirak ərizəsinə daxil edilib. Əvəzində fransalı orta sahə oyunçusu Yunes Laşaab sifariş ərizəsindən çıxarılıb.
Beləliklə, “Sabah” Çempionlar Liqasına 16 legioner və B siyahısını çıxsaq, 8 yerli oyunçu ilə gedir.
“Sabah”ın iştirak ərizəsi:
Qapıçılar: 1. Amin Ramazanov, 12. Rauf Əyyubov (B), 92. Stas Pokatilov, 94. Rəvan Mirzəmmədov (B).
Müdafiəçilər: 3. Stiv Solve, 4. Aden Makkarti, 5. Rəhman Daşdəmirov, 17. Tellur Mütəllimov, 27. Timoteuş Puxaç, 33. Erivaldo Almeyda, 80. Akim Zedadka
Yarımmüdafiəçilər: 6. Abdulah Xaybulayev, 7. Umarali Raxmonaliyev, 9. Xəyal Əliyev, 10. Aleksey İsayev, 11. Kahim Perris, 13. İvan Lepinitsa, 14. Rauf Rüstəmli, 37. Eduardo Santos Keyros, 88. Rodriqo Fernandes, 89. Cəfər Muxtarov, 95. Şahin İbrahimov (B).
Hücumçular: 8. Kristian Nvaçukvu, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 34. Ksander Severina, 99. Orfe Mbina.
"Sabah” Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” (İspaniya), “Borussiya Dortmund” (Almaniya), “Napoli” (İtaliya) və “Slaviya Praqa” (Çexiya) ilə evdə, “Arsenal”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Vilyarreal” (İspaniya) və “Vikinq” (Norveç) ilə səfərdə qarşılaşacaq.
İlk görüş sentyabrın 10-da “Old Trafford” stadionunda “Mançester Yunayted”ə qarşı olacaq.
