“Allahın planını heç vaxt sorğulamayın! Səs-küyə fikir verməyin”

6 Sentyabr 23:20 Sabah 124
“Allahın planını heç vaxt sorğulamayın! Səs-küyə fikir verməyin”

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi bəzi futbolçular kimi, cənubi afrikalı Eyden Makkartiyə də emosional anlar yaşadıb.

Sportinfo.az xəbər verir ki, pley-off mərhələsində Beer-Şeva “Hapoel”i ilə cavab görüşündən sonra göz yaşlarını saxlaya bilməyən 22 yaşlı mərkəz müdafiəçisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Makkarti uşaqlıq arzusunu gerçəkləşdirdiyini bildirib: “Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməklə arzum gerçəkləşdi.

Allahın planını heç vaxt sorğulamayın! Səs-küyə fikir verməyin, başınızı aşağı salın və növbəniz gələndə hazır olun! Mümkünsüz heç nə yoxdur. Bunu Allah etdi”.

“Sabah” İsrail klubuna iki oyunun cəmində 6:4 hesabı ilə qalib gələrək (1:2, 5:2) əsas mərhələyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO