COP29

“Ola bilər, arxayınlaşdıq”

5 Avqust 23:20 Sabah 587
“Ola bilər, arxayınlaşdıq”

“Oyuna yaxşı başladıq, 2:0 hesabı ilə önə keçmişdik.

Ola bilər ki, bir qədər arxayınlaşdıq. Nəticədə də qələbəni əldən verdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın almaniyalı hücumçusu Coy Lens Mikels Premyer Liqanın ilk turunda “Şamaxı” ilə heç-heçə (2:2) oynadıqları görüşü şərh edərkən deyib.

O, Konfrans Liqasının oyununda çox güc itirdiklərini bildirib:

“Asan qollar buraxdıq. Ola bilər, bunda yorğunluğun da rolu var.

Çünki “Makkabi”yə qarşı 120 dəqiqəlik ağır oyun keçirmişdik. Həmin matçda çox güc itirmişdik.

Bu, “Şamaxı” üçün yaxşı nəticədir, amma biz 2 xal itirdik”.

Digər Xəbərlər
Xəbər Lenti