İspaniya yığmasının məşhur hücumçusu "Sabah"da - FOTOLAR

24 İyun 2024 01:10 Sabah 5 067
İspaniya yığmasının məşhur hücumçusu "Sabah"da - FOTOLAR

İspaniyanın paytaxtı Madriddə keçirilən "MadCup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-10 komandası turnir çərçivəsində ilk oyunlarını keçirib.

Sportinfo.az xəbər verir ki, "Sabah" ilk matçında yerli "CDE DR Academy Sport" klubuna böyük hesabla qalib gəlib - 8:0.

Matçda təmsilçimizin qollarına Amin Adıgözəlov, Ayxan Hüseynli, Cavidan Ağayev (2), David Zeynalov, Mehbalı Qəhrəmanlı, Əbəlfəzabbas Qasımlı və Yusif Baxşıyev imza atıblar.

"Sabah" növbəti oyunlarında ABŞ-nin "Doral" (0:2) və İspaniyanın "CF Pozuelo De Alarcon" (2:7) komandalarına məğlub olub. Son matçda təmsilçimizin qollarını Nihad Həsənov və David Zeynalov vurublar.

U-10 komandasının üzvləri və məşqçilər heyəti turnirin açılış mərasimində iştirak edəcək dünya futbolunun ulduzlarından David Vilyayla görüşüb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar