“Bayer-04”ü çarmıxa çəkən “Qarabağ”ı...” - “Sabah” Xorvatiya mediasında

22 Aprel 01:50 Sabah 630
“Bayer-04”ü çarmıxa çəkən “Qarabağ”ı...”  - “Sabah” Xorvatiya mediasında

“Sabah” 30-cu turda “Qarabağ”ı evdə məğlub etdi – 3:2.

Bununla “köhlən atlar”ın 18 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyuldusa, “bayquşlar”ın avrokuboklar uğrunda mübarizədə şansı artdı.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin gözlənilməz qələbəsi Xorvatiya mətbuatının da diqqətindən yayınmayıb.

Ölkənin məşhur “gol.hr” nəşrində “Sabah”ın xorvatiyalı baş məşqçisi Krunoslav Renduliçin uğurundan bəhs edilib:

“Xorvatiyalı məşqçi sensasiya yaratdı. Onun komandası “Bayer-04”ü çarmıxa çəkən “Qarabağ”ı məğlub etdi...

Renduliçin “ Sabah”ı Azərbaycan çempionatında möhtəşəm qələbə qazandı. Mütəxəssis bir aydan çoxdu komandaya baş məşqçi təyin edilib.

O, qısa müddətdə kiçik möcüzə yarada bildi. Qələbənin önəmi isə rəqibin məhz “Qarabağ” olmasıdır.

Çünki bu komanda Almaniya bundesliqasının hit kollektivləriylə mübarizə aparacaq gücdədi. Onlar Xabi Alonsonun yenilməz kollektivi üçün ən cəsarətli rəqib idi...

“Qarabağ” yerli liqada da uğurludu. Komanda 30-cu turdan sonra ikinci pillədə qərarlaşan “Neftçi”ni 25 xal qabaqlamaqla bunu sübut edir”.

Digər Xəbərlər
Xəbər Lenti