COP29

Bu qapıçıya qol vura bilmirsənsə, o formanı geynmə!

25 Fevral 22:55 Sabah 2 993
Bu qapıçıya qol vura bilmirsənsə, o formanı geynmə!

Murad Musayevin gedişindən sonraya təsadüf edən 5 oyunda «Sabah» uduzmamışdı.

İqor Ponomaryovla yeni çıxışa keçən komandanın Bayıldan da istədiyi nəticə əldə eləcəyinə güman çox idi.

Futbolçular baş məşqçi əvəzinə ad günündə 3 xal hədiyyə etmədi.

Buna çalışmadılarmı, çalışdılar. Bəlkə də yanılıram, mənə elə gəldi ki, «Sabah»da hər kəs «Səbail» üzərində asan qələbəyə arxayın idi.

«Qarabağ»la kubok və çempionat oyunlarının onlarda eyforiya yaratdığı qənaəti yarandı məndə.

Qol epizodlarına etinasız yanaşdılar. İlahi, bir belə fürsəti neçə qaçırmaq olar axı!

Hər iki hissədə Səlahət Ağayevin qoruduğu qapının önündə sağ-sola gedib-gələn qonaqların bir dəfə «çərçivə»yə düşə bilməməsinə, sadəcə, heyrətlənirəm! İnsaf da yaxşı şeydir, bəxt də.

Sən insafını qatlayıb bir küncə atandan sonra yazıq bəxt buna neyləsin. Zəif mövsüm keçirən Səlahətə qol vurmağı bacarmayan futbolçu gərək «Sabah»ın formasını geyinməsin, xəcalət çəksin!

Joel Marqartinanın səhvi… Oh, oh, oh!!! Niderlanddan yüksək təzminat ödənilərək gətirilən yarımmüdafiəçi auta çıxacaq topu meydana qaytarmaqla «Səbail»in ikinci qol vurmasına səbəbkar oldu.

Topu ayağında tutdu, amma ötürməni səhv verdi, özü də sakitcə durub baxdı. Yalnız məsuliyyət hissini itirənlər belə edər.

O da ki, tək Marqaritaya aid deyil. Gör, «Sabah»da onların sayı neçə nəfərdir!

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"