COP29

Bu hücumçunun Azərbaycana vergi borcu yığıldı - Ona "stop" qoyulur

21 Noyabr 2023 14:00 Sabah 896
Bu hücumçunun Azərbaycana vergi borcu yığıldı - Ona "stop" qoyulur

"Sabah"ın sabiq legioneri Tiemoko Fofananın Azərbaycanda çıxışına məhdudiyyət qoyula bilər.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edilib.

Belə ki, Dövlət Vergi Xidməti futbolçunun vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək, onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

Belə ki, futbolçunun hazırda 2880.77 manat vergi borcu yığılıb.

Məhkəmə işinə noyabrın 27-də hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, futbolçunun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Fil Dişi Sahilindən olan hücumçu Tiemoko Fofana 2021-ci ilin yanvarından bu ilin aprel ayına qədər "Sabah"da oynayıb

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"