COP29

“Barselona”lı Azərbaycan çempionatında qeyri-adi hərəkət etdi - VİDEO

18 May 2023 14:20 Sabah 1 389
“Barselona”lı Azərbaycan çempionatında qeyri-adi hərəkət etdi - VİDEO

Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilmiş “Sumqayıt” - “Sabah” oyununda maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 61-ci dəqiqəsində qonaq komandanın ispaniyalı legioneri Kristian Sebalyos top rəqib qapıçı İlnur Valievin əlində olarkən başı ilə topu ondan alıb boş qapıya vurub.

Matçın baş hakimi Cavid Cəlilov qayda pozuntusunu qeydə alaraq, qolu saymayıb.

“Barselona”nın yetirməsi olan, K.Sebalyosun qeyri-adi hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Matç “Sabah”ın qələbəsi ilə başa çatıb - 4:0. Oyunda son qolu da 72-ci dəqiqədə elə Sebalyos vurub.

Digər Xəbərlər
Xəbər Lenti