“Sabah” Avropada tanınan 3 futbolçu ilə danışıqlara başladı - SON DƏQİQƏ

28 May 21:20 Sabah 3 459
“Sabah” Avropada tanınan 3 futbolçu ilə danışıqlara başladı - SON DƏQİQƏ

Mövsümü «qızıl dubl»la başa vuran «Sabah» Çempionlar Liqasına «boş əl»lə getmək istəmir.

Həm Premyer Liqanın çempionu olan, həm kuboku qazanan «bayquşlar» azarkeşlərini sevindirməyə can atır.

Xeyr, onlar buna can atmaqla kifayətlənmirlər, real addımlar atırlar.

Klub rəhbərliyi hazırda 3 tanınmış futbolçu ilə danışıqlar aparır. Əldə etdiyimiz məlumata görə, Masazır təmsilçisinin transfer siyahısında yer alan legionerlər Avropanın «böyük beşlik» ölkələrinin çempionatında forma geyinir.

Danışıqlar intensiv gedir. «Sabah» öz təklifləri ilə xariciləri tanış edib. Yaxın günlərdə bütün suallara aydınlıq gəlməsi gözlənilir.

Çünki Valdam Dambrauskas bu yöndə çalışmaların sürətli aparılmasını istəyir. Baş məşqçi tələsir, hər günü qənimət bilir.

Litvalı mütəxəssis qarşıdakı iki həftə ərzində nəticənin əldə olunmasını arzuladığını rəhbərliyin nəzərinə çatdırıb.

Həmin vaxt komanda qitənin ən mötəbər yarışının hazırlığına start verəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu