"Beşiktaş" nə vaxt Bakıya gəlir? - RƏSMİ AÇIQLAMA

15 Mart 2023 09:00 Sabah 2 934
"Beşiktaş" nə vaxt Bakıya gəlir? - RƏSMİ AÇIQLAMA

Türkiyənin "Beşiktaş" komandası Bakıda "Sabah" klubu ilə xeyriyyə oyunu keçirəcək.

Dünən Sportinfo.az-ın ilk dəfə yaydığı bu xəbəri Masazır təmsilçisinin mətbuat xidməti də təsdiqləyib.

Klubun rəsmisi Elnur Həmidov məsələ ilə bağlı saytımıza açıqlamasında bunları dilə gətirib:

"Bəli, "Beşiktaş"la yoldaşlıq oyununun keçirilməsi ilə bağlı danışıqlar gedir. Oyunun gələn ay keçirilməsi nəzərdə tutulub. Lakin bəzi nüanslar var ki, onlar dəqiqləşəndən sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, daha əvvəl "Qarabağ" "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb.

Martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti