"Sabah"ın əla şəraiti, çoxlu legioneri var" – Getdi və təriflədi

10 Mart 2023 22:40 Sabah 674
"Sabah"ın əla şəraiti, çoxlu legioneri var" – Getdi və təriflədi

"Klubda əla iş şəraiti, yüksək keyfiyyətli infrastruktur var".

Sportinfo.az xəbər verir ki, bu sözlər qış fasiləsində "Sabah"dan ayrılan Aleksandr Neçayevə aiddir.

Masazır təmsilçisi 28 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

"Tələbələr"lə 2022-ci ilin yanvarında 1,5 illik müqavilə imzalamış kiper karyerasını ölkəsi Belarusda davam etdirəcək.

Cari mövsümün ilk yarısında heç bir oyunda iştirak etməyən 29 yaşlı Neçayev “Minsk” ilə müqavilə imzalayıb. Belarusun gənclər millisinin sabiq üzvü 1 illik kontrakt bağlayıb.

O, "Sabah"ın bu mövsüm çempionluq uğrunda mübarizə apardığını söyləyib:

"Orada güclü komanda yığılıb. Məşqçilər heyətində futbola müasir baxışı olan güclü mütəxəssislər, komandada təcrübəli oyunçular, eləcə də gənc istedadlar toplaşıb. Heyətdə çoxlu legioner var".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"