"Sabah" doşab alıb, bal çıxıb? - Qəbələdə parlayan ispan

6 Fevral 2023 17:00 Sabah 747
"Sabah" doşab alıb, bal çıxıb? - Qəbələdə parlayan ispan

“Sabah”ın ötən ilin yayı heyətinə qatdığı legionerlərdən biri də Con İrasabal oldu.

İspaniyalı müdafiəçi arxada qalan müddətdə stabil və etibarlı oyunu ilə yadda qalmağı bacardığını demək olar.

O, Premyer Liqanın 20 turundan 17-də 90 dəqiqə meydanda olub. Zədə səbəbindən 13-cü turun “Səbail”lə görüşün buraxmalı olan arxa xətt oyunçusu 14-cü tur “Qarabağ”a qarşı 15 dəqiqə meydanda olub.

Yalnız “Turan Tovuz”la səfər oyununda baş məşqçi Conu ehtiyatda otuzdurub. Səbəbini isə Tovuzdakı ot örtüyü ilə əlaqələndirib.

26 yaşlı futbolçu həm də intizamlı olması ilə diqqət çəkir. Masazır təmsilçisində ümumilikdə keçirdiyi 19 görüşdə cəmi bir sarı vərəqə ilə yadda qalıb.

Bütün bunlar bir müdafiəçi üçün deyiləcək ən xoş sözlərdi. Deyəsən, onun bununla kifayətlənmək fikri yoxdur.

"Qəbələ" ilə oyunda ortaya qoyulan performans belə deməyə əsas verir.

Əcnəbi müdafiəçi Qəbələ səfərində hücumçu bacarığını da ortaya qoydu.

Paytaxt təmsilçisinin 3:0 qələbə qazandığı qarşılaşmada legioner müdafiəçi 1 qol və 1asistlə yadda qaldı.

Komandasının ikinci qolunu başla rəqib qapısından keçirən təcrübəli oyunçu üçüncü qolun ötürməsini verdi.

Bu, onun Azərbaycan karyerasında ilk qolu və ilk asisti kimi tarixə düşdü.

Onun “Sabah”la müqaviləsinin mövsümün sonu başqa çatacağını xatırladaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti