“Sabah”ın baş məşqçisini qayğılandıran MÜHÜM PROBLEM

29 Sentyabr 2022 20:40 Sabah 820
“Sabah”ın baş məşqçisini qayğılandıran MÜHÜM PROBLEM

“Sabah”ın Premyer Liqadakı işləri qaydasında getsə də, baş məşqçi Murad Musayev hələ də qayğılıdır.

Rusiyalı mütəxəssisi narahat edən məqam komandasındakı zədəli futbolçuların çoxluğudur.

Bu yöndə müəyyən irəliləyiş nəzərə çarpsa da, ümumi vəziyyət hələ arzulanan kimi deyil.

Xeyli vaxtdır müalicə alan Tiamoko Fofana, Kristian Sebalyos, Kristian Da Silva və Namiq Ələsgərov artıq fərdi məşqlərə başlayıb.

Daha bir neçə gün fərdi məşqləri davam etdirəcək “dördlük” daha sonra kollektiv çalışmalara qoşulacaq. Yaxın 2 həftə ərzində “tələbələr”ə kömək edə biləyəcəkləri dəqiqdir.

Zurab Oçiqavanın durumu barədə yenilik yoxdur. Yayda əməliyyat olunan müdafiəçi hələ də müalicə prosesindədir. Onun məşqlərə başlaması müalicəsinin davamından asılıdır.

“Sabah” Premyer Liqanın 8-ci turunda “Şamaxı”da yerli komandanın qonağı olacaq. Oktyabrın 2-də keçiriləcək oyununda saat 15:30-da başlaması nəzərdə tutulub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!