Azərbaycan klubunun ulduz hücumçu transferi nə yerdədir?

29 İyun 2022 19:40 Sabah 2 654
Azərbaycan klubunun ulduz hücumçu transferi nə yerdədir?

Braziliyalı məşhur futbolçu Vaqner Lavın "Sabah"a gələcəyi xəbəri dünən gündəm oldu.

Hətta Rusiya mətbuatının iddiasına görə, artıq 38 yaşlı futbolçunu Masazır təmsilçisinin üzvü belə saymaq olar.

Bəs əsl həqiqət necədir?

Etibarlı mənbələr vasitəsi ilə öyrəndik ki, bəli, hazırda Braziliya millisinin sabiq üzvü ilə ciddi müstəvidə danışıqlar gedir.

Müəyyən razılaşma da əldə olunub. Ancaq təmsilçimizin yayılan xəbərlərdə deyildiyi qədər də transferə yaxın olduğunu demək olmaz. Bir sözlə, anlaşmanın baş tutmamaq ehtimalı və danışıqların dayandırılması ehtimalı belə var.

Onunla "Sabah"dan bərabər maraqlanan, danışıq aparan başqa klublar da var. Bu, klubumuza istəyinə çatmaqda çətinlik yaradır.

Lakin "Sabah"ın marağının ciddiliyi Lavı ölkəmizə gətirə biləcək həlledici amillər ola bilər. Çünki komandamız indi yox, ötən ildən bu futbolçunun izinə düşüb və məqsədinə çatmaqda israrlıdır. Bu məqam masada "Sabah"ın dadına çatacaq kimi görünür.

Son klubu Danimarka "Midtüllan"ı olan Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.

O, Braziliya millisində meydana çıxdığı 25 qarşılaşmada rəqib qapılarını 9 dəfə silkələyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti