"Sabah"da böyük işlər gördük"

21 May 19:30 Sabah 401
"Sabah"da böyük işlər gördük"

"Vacib oyundan öncə heyətin əsasını təşkil edən bir neçə futbolçularımızı itirdik. Bu oyunumuza təsir etdi. Bilirik ki, “Qəbələ” ortada və hücumda yaxşı oynayır. İlk ötürmələrdə işimiz alınmadı. Bu oyuna səhvsiz başlamaq lazım idi. Amma biz səhvlər etdik. Bu da oyunumuza təsir etdi. Oyunumuzda intizamsızlıq oldu. Sonradan özümüzdə güc tapıb qolumuzu vurduq. Epizodlarımız var idi, təəssüf ki, ardını gətirə bilmədik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Artur Olenin Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Biz gələndə komanda sonuncu pillədəydi. Müəyyən irəliləyişlər oldu. Yaxşı nəticələr qazandıq. Amma Murad Musayev da deməyib ki, avrokuboklara düşəcəyik. Biz də istəyərdik. Avrokuboklara vəsiqə qazanmaq istəyirdik. Əlimizdən gələni edəcəkdik. Alınmadı. Futbol belədir. İrəliyə addım atdıq, böyük iş gördük. Razıyıq? Yox. Fikrimcə, keyfiyyətli iş gördük. Transfer siyasəti barədə danışmaq istəmirəm. Necə olacağını gələn il görəcəyik" - deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti