“Bu komandanın yaradılması ilə bağlı məsələyə, hələ ki, baxılır”

18 May 2022 17:40 Sabah 1 163
“Bu komandanın yaradılması ilə bağlı məsələyə, hələ ki, baxılır”

“Basketbol komandasının yaradılması ilə bağlı məsələyə, hələ ki, baxılır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev dünən mətbuata açıqlamasında bildirib ki, “Neftçi” və “Sabah” Azərbaycan çempionatında təmsil olunmaq istəyir:

“Azərbaycan çempionatı oktyabrda başlayacaq. Əgər əlahiddə bir şey baş verməsə, planımız belədir. Bu proses yenidir. Ortaq məxrəc tapmaq lazımdır. Çempionata həmçinin NTD və “Xırdalan” da qoşula bilər”.

Nazir Naxçıvan, Gəncə, Lənkəran və Qubadan olan komandaların da çempionatda mübarizə apara biləcəyini deyib:

“Bunun üçün infrastruktur qurulmalıdır. Superliqaya başlaya bilsək, yaxşı olar. Aşağı liqaları da təşkil etmək istəyirik”.

Əmrullayev maliyyə məsələsinə də toxunub: “Dayanıqlı maliyyə sistemi qurmaq istəyirik. Bir çox ölkələrdə basketbolçular həm tələbə olur, həm basketbol oynayır.

Biz də bu model üzərində düşünürük. Tələbə təqaüdlərindən aktiv istifadə haqqında fikirləşirik. Uzunmüddətli planlar var. Fikrimcə, basketbol özünü maliyyələşdirən idman növünə çevrilməlidir”.

Federasiya rəhbəri mərc oyunlarının Azərbaycan klublarına sponsor olmaq ehtimalı barədə bunu deyib:

“Səmimi desəm, bunu ilkin mərhələdə müzakirə etmirik. Çünki biz basketbolu mərc oyunlarına çevirmək istəmirik.

İdman prinsiplərini qorumaq niyyətindəyik. Amma növbəti mərhələdə ola bilər. Mənim şəxsi fikrim belədir ki, mərhələ-mərhələ hamısı həllini tapacaq”.

“Sabah” basketbol komandasının formalaşdırılmasına nə zaman başlayacaq? By yeniliyin tətbiqi üçün nə qədər büdcə ayrılacaq?

E.Həmidob sualımıza cavab olaraq bildirib ki, bu istiqamətdə hər hansı yenilik olsa, onunla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti