Avrokuboklara vəsiqə qazanın, mükafatın məbləğini özünüz deyin!

8 May 2022 23:40 Sabah 1 195
Avrokuboklara vəsiqə qazanın, mükafatın məbləğini özünüz deyin!

Bu gün Premyer Liqada 26-cı tura start verilib.

Avrokuboklara vəsiqə iddiasını davam etdirən «Sabah» Bayılda «Səbail»in qonağı olub.

Səfərdə 2 cavabsız qol vuran Murad Musayevin komandası növbəti qələbəsini qazanıb və xal ehtiyatını 39-a çatdırıb. Turnir cədvəlində «Qəbələ»ni 1 xal qabaqlayan «ağ-göylər» 4-cü pilləyə yüksəlib.

Komanda son iki turda da uğurlu çıxışını davam etdirərsə, minimum 4-cü yerin sahibi kimi Konfrans Liqasına vəsiqə qazanacaq.

Rəhbərlik futbolçuları daha da ruhlandırmaq üçün yüksək mükafat vəd edib. Daha dəqiqi, oyunçular özləri avrokuboklara yüksəlməyin müqabilində alacaqları vəsaiti özləri söyləyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi