İsraildən Azərbaycana qayıtmaq üçün 7000 dollar istəyir

14 Yanvar 2022 14:40 Sabah 1 567
İsraildən Azərbaycana qayıtmaq üçün 7000 dollar istəyir

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Əli Babayev yenidən Premyer Liqaya dönmək niyyətindədir.

O, menecerler vasitəsilə “Sabah”a öz xidmətini təklif edib.

2018-2019-cu illərdə “Sumqayıt”ın formasını geyinmiş orta sahə oyunçusunun tələbləri də yüksək deyil. O, ayda 7000 dollar istəyir.

2021-ci ilin yanvarında "Makkabi"dən (Petah-Tikva) ayrılan Əli Babayev "Hapoel"ə (Ramat-Qan) keçib. Ramat-Qan təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalayıb.

2018-ci ildə "Hapoel Raanana"dan "Sumqayıt"a keçən Babayev "gənclik şəhəri" klubunda 29 oyuna 1 qol vurub. O, Litva ilə yoxlama matçında yığmada debüt edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!