AÇIQLAMA: "Sabah"ın yeni transferindən nə xəbər var?

26 Oktyabr 2021 23:00 Sabah 879
AÇIQLAMA: "Sabah"ın yeni transferindən nə xəbər var?

"Sabah" mövsümdə ilk qələbəsini son turda "Sumqayıt"ı məğlub (3:0) etməklə qazandı.

Masazır təmsilçisi qələbəyə sevinməklə bərabər, matçın gedişində böyük ümidlərlə komandaya gətirilən yeni transfer Peter Skuletiçi itirməyin üzüntüsünü yaşadı.

Belə ki, Serbiyalı hücumçu 42-ci dəqiqədə aldğını zədə səbəbindən yerini Fofana Tiemokoya verməli oldu.

Komandanın mətbuat xidmətininin rəhbəri Elnur Həmidov Sportinfo.az-a aıqlamasında forvardın son durumu ilə bağlı bunları deyib:

"Skuletiçin durumuna hələ dəqiq aydınlıq gəlməyib. Məşqlərə qoşulmayan forvard sabah MRT müayinəsindən keçəcək. Yalnız bundan sonra nəsə demək mümkün olacaq".

Xatırladaq ki, 31 yaşlı hücumçu "Sabah" formasında meydana çıxdığı 4 oyunda hələ də qol hesabını aça bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar