
“Sabah”ın yaxşı legionerləri olsa da, bu mövsüm qeyri-sabit çıxış edirlər”.
Bu sözlər Masazır klubunun sabiq idman direktoru Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “bayquşlar”ın oyunlarını və oyunçularını dəyərləndirib.
Bildirib ki, komandanın səviyyəli əcnəbi futbolçuları çoxdur, fəqət, nəticələr rəhbərliyi qayğılandırmalıdır.
Tanınmış teleşərhçi qeyd edib ki, “Sabah” mayın 31-də ölkə kubokunu qazanıb Avropa Liqasında yarışmaq haqqına yiyələnərsə, düşərgədə böyük dəyişiklik olmayacaq.
Çünki buna vaxt qalmayacaq. Abbasov söyləyib ki, kollektiv avrokuboklardan kənarda qalarsa, proses tamamilə əks istiqamət alacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN