“Sabah”ın gürcü “lotoreya“sında bəxti gətirmədi – VİDEO+FOTOLAR

29 İyul 2021 11:20 Sabah 678
“Sabah”ın gürcü “lotoreya“sında bəxti gətirmədi – VİDEO+FOTOLAR

İyulun 15-dən Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” toplanış çərçivəsində son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv yerli “Saburtalo” ilə qarşılaşıb.

Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunub.

“Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabıyla bitib. Qarşılaşmanın ilk yarısında rəqib penaltidən hesabı açsa da, 74-cü dəqiqədə Veysəl Rzayev “Sabah”ı məğlubiyyətdən xilas edib.

90 dəqiqə heç-heçə bitdiyi üçün qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub.

11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Saburtalo” 4:2 üstün olub. Oyundan sonra qalib komandaya xatirə kuboku təqdim edilib.

“Sabah” Tbilisi toplanışı çərçivəsində “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klublarıyla qarşılaşıb.

"Saburtalo" ilə oyun üçün start heyəti: Səlahət Ağayev, Amin Seydiyev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Slavik Alxasov, Coşqun Diniyev, Elvin Camalov, Xuan Kamara, Aleksey İsayev, Coy-Lens Mikels, Xulio Rodriqes.

Digər Xəbərlər
Xəbər Lenti