Bəhlul Mustafazadənin "Əl Əyn"ə transferi ləğv edilə bilər?

24 İyul 2021 21:00 Sabah 1 629
Bəhlul Mustafazadənin "Əl Əyn"ə transferi ləğv edilə bilər?

"Əl Əyn" hələ Bəhlul Mustafazadənin keçidini rəsmən açıqlamayıb.

Birləşmiş Ərəb Əmirlikləri klubu ilə “Sabah” arasında anlaşma baş tutsa da, millimizin müdafiəçisinin tibbi yoxlanışa çağrılması gecikdirilir.

Məsələnin həftəiçi həll olunacağı gözlənilsə də, bu, baş vermədi. Görəsən, hər iki klub arasında anlaşma olduğu halda, "Əl Əyn" rəhbərliyi Bəhlulla bağlı başqa nə qərar verə bilər?

Məntiqlə müqavilə varsa, gec-tez transfer rəsmi açıqlanmalıdır.

Müəyyən mənbələrdən əldə etdiyimiz məlumata görə, belə durumda "Əl Əyn" ən yaxşı halda "Sabah" və Bəhlul Mustafazadəni müəyyən maliyyə qarşılığında razı salmaqla transferdən imtina edə bilər.

Belədə ərəblər təzminat da ödəməli olacaq. Amma birtərəfli qaydada transferdən imtina indiki halda mümkün deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”