“Sabah”a sevinc bəxş edən 1 – VİDEO+FOTOREPORTAJ

21 İyul 2021 11:00 Sabah 629
“Sabah”a sevinc bəxş edən 1 – VİDEO+FOTOREPORTAJ

Gürcüstanda təlim-məşq toplanışında olan “Sabah” ilk yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Şukura” ilə qarşılaşıb.

Gürcüstan təmsilçisi ilə oyun Azərbaycan klubunun qələbəsiylə yekunlaşıb. Yeganə qolu 67-ci dəqiqədə Xulio Rodriqes vurub.

"Sabah"ın start heyəti: Səlahət Ağayev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Slavik Alxasov, Şakir Seyidov, Aleksey İsayev, Coşqun Diniyev, Elvin Camalov, Coy-Lens Mikels, Ozan Can Kökcü, Xulio Rodriqes.

“Sabah” Gürcüstan toplanışında bundan başqa, iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Komanda iyulun 23-də “Samqurali”, iyulun 28-də isə “Saburtalo” ilə qarşılaşacaq. “Sabah” iyulun 29-da vətənə qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti