Ruslan Abışova yeni müqavilə təklif etmədilər

3 İyun 2021 11:40 Sabah 1 311
Ruslan Abışova yeni müqavilə təklif etmədilər

“Sabah”ın yollarını ayırmağa hazırlaşdığı növbəti futbolçunun kimliyi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, Masazır təmsilçisi Ruslan Abışova yeni müqavilə təklif etməyib.

Son iki mövsümü burada keçirən və kapitan səviyyəsinə yüksələn müdafiəçinin gələcəyi ilə bağlı qərar şəxsən baş məşqçi Ramin Quliyevə məxsusdur.

«Sabah» bu yay fasiləsində artıq 7 futbolçu ilə vidalaşıb. Qəsəbə təmsilçisi Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Elşən Abdullayev və Dmitro Klotsla da sağollaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!