"Sabah" millimizin daha bir üzvünə elçi düşdü, amma...

28 May 2021 22:20 Sabah 2 033
"Sabah" millimizin daha bir üzvünə elçi düşdü, amma...

Ramin Quliyevlə 2 illik müqavilə bağlayan "Sabah" transfer çalışmalarında da fəallıq göstərməkdədir.

Millimizin üzvü Elvin Camalovla 2 illik müqavilə bağlayan Masazır təmsilçisi millimizin bir başqa üzvü Şəhriyar Əliyevi də heyətinə qatmaq istəyindədir. Amma bu istək böyük ehtimalla baş tutmayacaq.

Sportinfo.az-ın məlumatına görə, buna səbəb "Keşlə"nin Müşahidə Şurasının rəhbəri Zaur Axundovdur.

O, israrla Əliyevin komandada qalmasını istəyib. Məhz bundan sonra Şəhriyar Əliyevin "Sabah"a keçmək şansı minimuma enib.

Xatırladaq ki, 28 yaşlı mərkəz müdafiəçisi ötən mövsümün sonu "Sumqayıt"dan "Keşlə"yə transfer edilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda