Rusiya klubu yığmamızın hücumçusunun "qapısını döydü"

5 May 2021 13:00 Sabah 1 680
Rusiya klubu yığmamızın hücumçusunun "qapısını döydü"

Millinin və «Sabah»ın hücumçusu Ramil Şeydayev yenidən Rusiyaya qayıtmaq fürsəti əldə edib.

«Krılya Sovetov» ona dəvət göndərib.

2918-ci ildə «Qarabağ»dan ayrılandan sonra Samara klubuna yollanan forvard ikinci dəfə burada çıxış edə bilər. Bunun üçün o, «Krılya»nın 1 illik müqavilə təklifini qəbul etməlidir.

Adıçəkilən komanda birinci liqanın lideridir. 40 tura 93 xal toplayıb və premyer-liqaya vəsiqəni təmin edib.

Şeydayev «Krılya Sovetov»da 1 mövsüm keçirəndən sonra Moskva «Dinamo»sunna üz tutub. Lakin paytaxt klubunda işəri istədiyi kimi getməyib, ötən ilin əvvəlində «Sabah»la anlaşıb. Masazır təmsilçisi də yığmanın hücumçusunu saxlamaqda maraqlıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti