"Bu gün burdayam, sabah harda olacağım qismətə bağlıdır"

21 Aprel 2021 13:00 Sabah 816
"Bu gün burdayam, sabah harda olacağım qismətə bağlıdır"

"Keşlə" ilə oyun hər iki komanda üçün çətin keçdi. Qələbə qazanmaqla son pillələrdən uzaqlaşmaq istəyirdik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın yarımmüdafiəçisi Coşqun Diniyev deyib.

Təcrübəli futbolçu daha çox hücum edən tərəf olduqlarını, amma qol epizodlarını dəyərləndirə bilmədiklərini düşünür: "Düşünürəm ki, qələbə istəyini meydanda daha çox göstərən tərəf biz idik. Qapımız önündə rəqibə təhlükə vermədən 2-3 real qol epizodu yarada bildik. Amma qol vəziyyətlərindən yararlana bilmədiyimiz üçün sonda istəmədiyimiz nəticə ilə barışmalı olduq".

Diniyev özünün gələcək karyerasından da söz açıb: "Bəli, müqaviləm mövsümün sonu başa çatır. Son oyunlarda özümü ən yaxşı tərəfdən göstərməliyəm ki, yeni sezon mənim üçün yaxşı olsun. Təklif olarsa, "Sabah" mənim üçün öyrəşdiyim, özümü rahat hiss elədiyim komandadır. Amma heyatı bilmək olmur. Bu gün burdayıq, sabah isə harda olacağımqismətə bağlıdır".

O, komandasının qarşıdakı oyunları barədə isə bunları deyib: "Avrokubok şanslarımız bitmiş görünsə də bundan sonrakı oyunlarsa ən yaxşı nəticələri qazanmaqla qələbə ruhunu komandaya qaytarmaq istəyirik. Yaxşı oyunlarımızı 1-2 oyunla yox, 7-8 oyunla təsadüfi olmadığını hem özümüzə, həm də idman ictimaiyyətinə göstərmək istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"