"Sabah" 100-ü... - FOTO

5 Mart 2021 17:20 Sabah 904
"Sabah" 100-ü... - FOTO

“Sabah” tarixində 50-ci məğlubiyyətini alıb.

Sportinfo.az xəbər verir ki, bu, komandanın 101-ci görüşünə təsadüf edib. Bakı təmsilçisi Premyer Liqanın XVIII turunda “Neftçi” ilə səfər görüşündə 1:2 hesabı ilə uduzub.

İndiyədək I Divizion, Azərbaycan kuboku və Premyer Liqada mübarizə aparan komanda bu müddətdə 29 qələbə qazanıb və 22 heç-heçə edib.

2017/18 mövsümündə I Divizionda debüt edən “Sabah” aşağı dəstədə 9, ölkə kubokunda 6, Premyer Liqada 35 dəfə məğlubiyyət acısı yaşayıb.

Aleksey İsayev Premyer Liqada 50-ci görüşünü keçirib. 2018/19 mövsümündə “Sumqayıt”ın heyətində ilk çempionat görüşünə çıxan futbolçu “Gənclik şəhəri” təmsilçisində 38, “Sabah”da 12 qarşılaşmada iştirak edib. O, yeganə qoluna da paytaxt təmsilçisində imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"