Gəlişi ilə "Sabah"ı ümidləndirdi: "Ondan daha çox şey gözləyirik"

18 Yanvar 2021 16:40 Sabah 911
Gəlişi ilə "Sabah"ı ümidləndirdi: "Ondan daha çox şey gözləyirik"

"Sabah"ın baş məşqçisi Visente Qomez yeni transfer Tiemoko Fofana barədə fikirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı çaalışdırıcı Fil Dişi Sahilindən olan legionerə böyük ümidlər bəslədiyini bildirib:

“Fofana komanda ilə cəmi iki məşqə çıxdıqdan sonra ilk oyununu keçirdi. Meydanda yaxşı çalışdı. Ondan daha çox şey gözləyirik. Məşqlərlə və oyun praktikası ilə istədiyimiz oyun ideyasına, tərzinə vaxt keçdikcə uyğunlaşacaq”.

21 yaşlı forvard “İlves”dən mövsümün sonuna kimi icarəyə götürülüb. Fofana karyerası ərzində “İlves” dən başqa, Danimarkada “Norşellan”ın U-19 komandasında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!