
AFFA Region Liqasının 2023/2024 mövsümünün iştirakçıları və püşkatma tarixi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, oktyabrın 19-da yeni mövsümün püşkü atılacaq.
Saat 15:00-da başlayacaq tədbir AFFA-nın iclas zalında təşkil olunacaq.
AFFA Region Liqasında ümumilikdə 39 komanda mübarizə aparacaq. Klublar 4 zona üzrə çıxış edəcəklər.
İştirakçılardan 18-i turnirdə debüt edəcək. Pşkatmadan bir həftə sonra yeni mövsümün startı planlaşdırılır.
Mərkəz zonası: “Ərgünəş”, “Göyçay”, “Hacıqabul”, “Ağcabədi”, “Araz” (İmişli), “İsmayıllı”, “Mil”, “Ümid” (Saatlı).
Cənub zonası: “Biləsuvar”, “Ərkivan” (Masallı), “Lənkəran”, “Masallı”, “Neftçala”, “Qobustan”, “Zəfər 44”.
Şimal-Qərb və Qərb zonası: “Ağstafa Gəncləri”, “Balakən”, “Bərdə”, “Göyəzən”, “Qala” (Goranboy), “Qarxun” (Yevlax), “Şəki”, “VT Gəncə”.
Paytaxt və Şimal zonası: “Çinar Zəngilan”, “Cürət”, “Dirçəliş”, “Gənclər”, “Gənclik”, “Hypers”, İCBFA, “İrəvan”, “Lokomotiv Baku”, “Mübariz”, “Ramana” (Abşeron), “Record Club”, “Şimal” (Xaçmaz), “Şirvanovka”, ŞKGB (Xaçmaz), “Xanlıq” (Qubadlı).