Azərbaycanın bu bölgəsində yeni komandanın "özülü atıldı" - FOTOLAR

4 Mart 2023 14:40 Region Liqası 769
Azərbaycanın bu bölgəsində yeni komandanın "özülü atıldı" - FOTOLAR

Xaçmazda yeni futbol komandasının yaradılması planlaşdırılır.

Bu məqsədlə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyinin dəstəyi "Mədinə" Humanitar Yardım Təşkilatı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "Fencing" İdman Klubu və "Difai" Futbol Klubunun iştirakı ilə "Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması layihəsi" çərçivəsində sözügedən rayonda müharibə iştirakçıları ilə görüş keçirilib.

Görüş müharibə iştirakçılarının yer aldığı komandanın yaradılması, bu ilin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilməsini nəzərə alaraq, "Ulu Öndər" Kuboku yarışının keçirilməsi mahiyyəti daşıyıb.

Tədbirdə bildirilib ki, Vətən savaşında iştirak etmiş gənclərin sağlam həyata reablitasiyasını sürətləndirmək qarşıda dayanan əsas məsələdir və bunun yollarından biri də idmandır.

"Difai"nin prezidenti Asəf Məlikov 2020-ci ilin sonundan bəri bu istiqamətdə görülən işlərlə bağlı məlumat verib, qeyd edib ki, indiyədək 500-dən artıq şəhid və qazi ailəsi ilə görüşlər keçirib, xeyli sayda gənc idmanın müxtəlif növlərinə cəlb olunub.

O, Xaçmazda yeni futbol komandasının ərsəyə gətirilməsinrə dəstək verəcəklərini deyib.

A.Məlikov söyləyib ki, Xaçmazın Region Liqasında təmsil olunması rayonun idman həyatını bir qədər də canlandıracaq.

II Qarabağ müharibəsində torpaqlarımızın azad olunması üçün vuruşmuş yeni nəslin nümayəndələrini yeni yaranacaq klubun həyatında fəal olmağa səsləyən "Difai"nin rəhbəri bildirib ki, bu, ənənə halını almalıdır:

«Şərt o deyil ki, siz hamınız futbol oynayasız. İdarəçi də ola bilərsiz. Ona görə də klubun İdarə Heyəti yaradılmalıdır.

Mən sevinirəm ki, layihənin həyata keçirilməsinə böyük maraq var. Biz ötən həftə Qax və Zaqatalada da olduq, orada da gördük ki, futbola necə böyük maraq var.

Nə qədər çox müharibə iştirakçısı və qazi idmana gəlsə, yeni layihə bir o qədər tez kütləvi hal alacaq. Artıq indidən komandanın formalaşdırılmasına başlamaq lazımdır.

"Ulu Öndər" Kuboku mayda keçiriləcək. Ondan sonra Region Liqasına hazırlaşmaq üçün vaxt olacaq.

AFFA-dan qeydiyyata keçməkdə biz də köməklik göstərəcəyik. Xaçmaza bundan belə tez-tez səfər edəcəyik, komandanın fəaliyyəti ilə yaxından maraqlanacağıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı