"Elxan Məmmədov burada gördüklərinə təəccübləndi, bizə dedi ki…"

24 Fevral 2023 15:00 Region Liqası 587
"Elxan Məmmədov burada gördüklərinə təəccübləndi, bizə dedi ki…"

«Biz hələ də ondan xoş xəbər gözləyirik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Şirvanovka kənd bələdiyyəsinin sədri Nemət Ramazanov deyib.

AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Qusarın futbol ictimaiyyətinə verdiyi vədi yerinə yetirməyib.

Ötən ilin payızında şimal bölgəsinə səfər edən E.Məmmədov adçıkilən rayonun Şirvanovska kəndində olub, idman strukturu ilə maraqlanıb.

Kənd camaatının köməkliyi ilə yaradılan stadion, həmçinin digər idman növləri üçün nəzərdə tutulan yarış meydançalarıyla tanışlıq imkanı qazanan federasiya rəsmisi gördüklərindən razı qalıb.

O. AFFA-nın Şirvanovkada süni meydança salacağını, eyni zamanda, idman qurğularının yenilənməsinə köməklik göstərəcəyini bildirib, lakin…

Kənd bələdiyyəsi ötən müddətdə dəfələrlə federasiyaya müraciət etsə də, istədiyi cavab ala bilməyib. Qurum mənsubları Elxan Məmmədovun artıq AFFA-dakı vəzifələri ilə vidalaşmasını söyləməklə kifayətlənib.

N.Ramazanovu dinləyək:

«Elxan müəllim kəndimizdə olanda idmana yaradılan şəraitə yaxşı mənada təəccüblənmişdi. Ona stadionumuzu, digər idman qurğularını göstərmişdik.

Bilmişdi ki, biz bütün bunları öz daxili imkanlarımızın, kənd camaatının köməyi ilə etmişik. Gördüklərindən çox xoşumu gəlmişdi.

Onda bizə sözə verdi ki, AFFA Şirvanovkada futbolu inkişaf etdirmək üçün lazım olan hər cür dəstəyi verəcək. Burada süni meydançanın salınacağını demişdi.

Biz də fikirləşdik ki, yəqin yaxın vaxtlarda işə başlanacaq. Artıq ilyarım keçib, hələ hərəkət yoxdur. Elxan müəllimi tapa bilmirik, indi Fransada işləyir.

AFFA-dan isə istədiyimiz cavabı eşitmirik. Şirvanovka futbolla yaşayır. Qusarın rayon çempionatında, Region Liqasında oynayırıq.

Rayon çempionatının hər oyununu minlərlə azarkeş izləyir. AFFA bu cür azarkeşi olan komandaya mütləq dəstək verməlidir, kənd camaatını sevindirməlidir.

Kəndimizin demək olar bütün cavanları idmanla məşğul olur. Şərait yaxşılaşsa, daha yaxşı nəticələr əldə edərik».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!