"Qarabağ" buna hazır olmalıdır" - İlkin Vaqifoğlu

22 Fevral 2023 09:40 Region Liqası 1 006
"Qarabağ" buna hazır olmalıdır" - İlkin Vaqifoğlu

«Qarabağı» Gent şəhərində Bakıdakı oyundan qat-qat çətin 90 dəqiqə gözləyir».

Bu sözlər Sportinfo.az saytının təsisçisi və baş redaktoru İlkin Vaqifoğluya məxsusdur.

O, Ağdam klubunun fevralın 23-də "Gent"lə keçirəcəyi Konfrans Liqasının pley-off mərhələsinin cavab matçı haqda fikirlərini böüşüb.

Qeyd edib ki, Azərbaycan çempionu evdə 1:0 hesablı qələbə qazansa da, səfər qarşılaşmasında hadisələr tamamilə əks məcrada cərəyan eləyə bilər:

«Gent» ev komandasıdır. Cari mövsümlə bağlı statistik göstəricilərə diqqət yetirsək, «Gent»in səfərdə nadir hallarda qələbə qazandığını görərik.

Onlar doğma azarkeşləri önündə daha yaxşı və istəkli çıxış edirlər. Azarkeşlərinin qonaq komandalara etdiyi təzyiq burada böyük rol oynayır.

«Qarabağ» belə fanatlar önündə az oynamayıb. Uzağa getmədən «Sürix» və «Ferentsvaroş»la bu mövsüm keçirilən səfər oyunlarını xatırlaya bilərik.

Amma «Gent» də bir təcrübədir və «Qarabağ» buna da hazır olmalıdır. Bakıdakı ilk oyunun taleyini Qurban Qurbanovun strategiyası həll etdi.

Məhz baş məşqçinin vaxtında və düzgün əvəzetmələri qələbəni gətirdi. «Qarabağ» ilk hissədə olmasa da, fasilədən sonra üstünlüyü öz əlinə keçirdi və o qolu vurdu».

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...