Yeni klub AFFA-ya məktub göndərdi: “Səs yazısını təqdim etməyə hazırıq”

21 Fevral 2023 17:00 Region Liqası 1 156
Yeni klub AFFA-ya məktub göndərdi: “Səs yazısını təqdim etməyə hazırıq”

Məlum olduğu kimi, AFFA İntizam Komitəsi (İK) Region Liqasında mübarizə aparan “Difai”ni cəzalandırıb.

Belə ki, “İrəvan”la matçda (0:8) qonaqların heyətində hakimi təhqirə görə 4 oyunluq cəza almış Gülalı Mehrəliyev meydana çıxıb.

Bu səbəbdən Qarabağ qazilərinin klubuna 0:3 hesablı məğlubiyyət verilib. Şuşanın yeni təmsilçisi İK-in qərarından şikayətçidir.

“Difai”nin baş katibi Nicat Əhədov bununla bağlı AFFA-nın baş katibi Sərxan Hacıyev və Apellyasiya Komitəsinin sədri Ziya Babayevə mıəktub ünvanlayıb.

Sportinfo.az həmin məktubu təqdim edir:

“13 fevral 2023-cü il tarixində 23/02-02 saylı məktubla AFFA-nın baş katibinə müraciət edərək, Region Liqası təşkilat komitəsi tərəfindən, guya 11 fevral 2023-cü il tarixində, saat 15:30-da Abşeron OİK stadionunda “İrəvan” – “Difai” (Şuşa) qarşılaşması baş tutmuş və komandamız 0:8 hesabı ilə səfərdə qalib gəldiyi oyundan qarşı tərəfin bizə qarşı etiraz etmək istəməsi və bu səbəbdən komandamıza texniki məğlubiyyət veriləcəyi barədə məlumata (ehtiyac olduğu təqdirdə, səs yazısını təqdim etməyə hazırıq), oyunların təşkili və keçirilməsi zamanı istinad edilən Əsasnamənin bəndləri qeyd edilməklə etirazımızı bildirmişdik.

Əfsuslar olsun ki, İntizam Komitəsi tərəfindən bizim müraciət nəzərə alınmayıb. İntizam Komitəsinin qərarından etirazımızı bildirmək istəyirik.

Belə ki, Oyunların keçirilməsi üzrə Əsasnamənin 10.1. bəndində qeyd olunub ki, oyunların təşkili və həyata keçirilməsi FİFA qaydalarına əsaslanır.

Misal olaraq 22 iyul 2010-cu il tarixində UEFA-nın İntizam Komitəsi tərəfindən Çempionlar Liqasının təsnifat mərhələsinin

“Bakı” – “Buduçnost” (2:1) oyununun nəticəsinin ləğv olunub, Bakı komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsini xatırlatmaq istəyirik.

Buna səbəb UEFA tərəfindən cəzalı futbolçular barədə məlumat verildiyi halda, Bakı klubunun məsul şəxslərinin səhlənkarlığı nəticəsində oyunu buraxmalı olan oyunçunun (Joel Epallenin) sifariş verilməsi və oynamasıdır.

Bizim məsələyə gəldikdə isə AFFA Region Liqasının Təşkilat Komitəsi 11-12 fevral 2023-cü il tarixlərində keçirilmiş tur və dəyişikliklər barədə klublara ünvanladığı 4 (!) məktubun heç birində bizim komandanın oyunçuları barədə məlumat verməmiş, Qabil Nəcəfovun 08 fevral, 2023-cü il saat 11:22, Məhəmməd Yusubovun 09 fevral saat 11:10 və 10 fevral 2023-cü il saat 14:55, Qabil Nəcəfovun 10 fevral 2023-cü il saat 15:24 bu tur ilə əlaqəli bütün Region Liqası komandalarına ünvanladığı heç bir e-mail-də bizim komandanın futbolçuları ilə bağlı məlumat yoxdur.

Turu buraxmalı olanların siyahısı cədvəlində də bizim oyunçuların adı qeyd olunmayıb. Həmin e-mail bizim poçt ünavnımızda saxlanılır, hətta “skrinşot”unu da Sizə təqdim etmək istəyirik.

Məktublardan ikisi İntizam Komitəsinin qərarından öncə olmuş olsa da, ikisi (təşkilat komitəsi tərəfindən bu həftə göndərilən məktub nəzərə alınarsa) İK qərarından sonra ünvanlanıb.

2022/2023-cü il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiyası tərəfindən Həvəskarlardan ibarət komandalar arasında keçirilən AFFA Region Liqasının Əsasnaməsinin 17.3. bəndində göstərilib ki, “Sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, məsuliyyəti komanda daşıyır)”:

1) Bizim komandanın oyunçularına nə oyun zamanı, nə də oyundan sonra qırmızı kart göstərilib;

2) İnsident oyundan sonra baş veribsə və qırmızı kart göstərilmədən protokola salınıbsa, komandanın kapitanına və ya məşqçiyə heç bir məlumat verilməyib və elan olunmayıb.

3) Yuxarıda qeyd etdiyimiz kimi, oyunun təşkilat komitəsi tərəfindən rəsmi e-mail ilə daxil olmuş məktublarda Turu buraxmalı olanların siyahısı-nda bizim oyunçuların adı qeyd olunmayıb.

4) Təşkilat Komitəsinin – “klub özü maraqlanmalıdır” iddiası da əsassızdır. Belə olsa idi, yuxarıda qeyd etdiyimiz kimi, UEFA da klublara cəzalı futbolçular barədə məlumatları verməzdi. Və ən əsası, Təşkilat Komitəsi tərəfindən yaradılmış “Region Liqa Bakı və Şimal” Whatsapp qrupunda, klub nümayəndələrinin maliyyə yardımının gecikməsi ilə əlaqədar Təşkilat Komitəsindən təkidlə maliyyə şöbəsinin və ya digər məsul nümayəndələrin kontakt nömrələri istənilən zaman: “Təşkilat Komitəsi var və bütün məlumatlar Təşkilat Komitəsi tərəfindən veriləcək”, - deyilməzdi.

Bu səbəbdən klubumuza qarşı iddialar əsassızdır.

Eyni zamanda, Əsasnamənin 18.2. bəndində qeyd olunmuşdur ki, “etiraz edən baş məşqçi etirazını 24 saat ərzində” bildirməlidir. 30 saat 01 dəqiqədən sonra təşkilat komitəsi tərəfindən bizə, “qarşı tərəf etiraz etməyə hazırlaşır” deməsi də Əsasnamənin tələbinə zidd olduğunu qeyd etmişdik.

13 fevral 2023-cü il şikayət məktubumuzdan sonra, Təşkilat Komitəsi bu həftə keçiriləcək tur ilə bağlı 15 fevral 2023-cü il saat 15:31 və tur ilə bağlı dəyişikliklər barədə 17 fevral 2023-cü il saat 14:53-də ( ! ) “Turu buraxamalı olnaların siyahısı”-nı İntizam Komitəsinin qərarına uyğun olaraq yeniləmişdir. Əgər eyni hal 10 fevral 2023-cü il saat 14:55 ( ! ) və ya 10 fevral 2023-cü il saat 15:24 ( ! ) məktublarında da öz əksini tapsa idi, İnitzam Komitəsinin bizim kluba qarşı olan qərarı haqlı ola bilərdi.

Klubumuz, qeyd etdiyimiz nüansların nəzərə alınacağına, məsələnin FİFA qaydaları əsasında araşdırılacağına və ədalətli qərar qəbul ediləcəyinə əmin olduğunu bildirir”.

Digər Xəbərlər
Xəbər Lenti