İşğaldan azad olunan bölgənin komandasına AFFA-dan "yaşıl işıq"

20 Fevral 2023 23:20 Region Liqası 1 513
İşğaldan azad olunan bölgənin komandasına AFFA-dan "yaşıl işıq"

Yeni mövsümdən Azərbaycan futbolunda bir sıra dəyişikliklər olacaq.

Sportinfo.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, AFFA-nın apardığı islahatlar Premyer Liqa deyil, Birinci Divizion və əvəzedici komandalarla bağlı olacaq.

2018/19 mövsümündən fərqli formatda - əvəzedici komandaların iştirakı ilə keçirilən aşağı dəstədə yeniliklər olacaq.

Premyer Liqa klublarının ikinci klubları yeni mövsümdən divizionda deyil, öz turnirlərində yarışacaqlar. İkinci dərəcəli çempionatda isə komanda sayı artırılacaq.

9 əvəzedici komanda turniri tərk etdikdən sonra 6 klub qalacaq. Onlardan birinin Premyer Liqaya vəsiqə qazanacağı gözlənilir. Elitadan bir klub isə aşağı dəstəyə yuvarlanacaq.

Həm AFFA, həm də PFL- bu say ilə turnir keçirməyin mümkünsüz olduğunu bilir. Ona görə də komanda sayının artırılması gündəmdədir. Artıq Region Liqasında mübarizə aparan 2 komandanın diviziona gələcəyi bəllidir. Hər iki komanda bölgə təmsilçisidir.

Söhbət işğaldan azad olunan torpaqların başqa bir təmsilçisi "Füzuli" və bir vaxtlar futbolumuzu avrokuboklarda təmsil edən "Karvan"dan gedir. Artıq hər iki klubun rəhbərliyinə məlumat verilib. Eyni zamanda, lazımı sənədlərin indidən toplanması tapşırılıb.

Həmin klublar dövlətin ayırdığı yardım hesabına maliyyəşəcək. Hər birininin büdcəsi 300 min manat olacaq.

Ancaq futbol qurumları bu 2 komanda ilə kifayətlənmək fikrində deyillər. Region Liqasında çıxış edən daha 2 klubun diviziona gətirilməsi planlaşdırılır. Sözügedən yarışda ən azı 3 il iştirak edən komandalardan ən yaxşı şəraitə malik olanlar birinci dəstəyə buraxılacaqlar. Bununla çempionatda iştirak edəcək komandaların sayı 10 olacaq.

Digər Xəbərlər
Xəbər Lenti