AFFA region komandasını çempionatdan kənarlaşdırdı

17 Fevral 2023 20:20 Region Liqası 3 706
AFFA region komandasını çempionatdan kənarlaşdırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilmiş müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasında keçirilməli olan “Arpaçay” (Şərur) - “Sədərək” oyunu ikincilərin vaxtında stadiona gəlməməsi səbəbindən keçirilməyib.

Buna görə “Sədərək”ə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə komanda yarışlardan kənarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti