Şuşanı təmsil edən yeni klub Qarabağ qazisinə yüksək vəzifə verdi  - FOTOLAR

17 Fevral 2023 17:40 Region Liqası 3 607
Şuşanı təmsil edən yeni klub Qarabağ qazisinə yüksək vəzifə verdi  - FOTOLAR

Yeni yaradılan və özəyi II Qarabağ müharibəsi iştirakçıları tərəfindən qoyulan "Difai" FK-da yeni təyinat.gerçəkləşib.

Bu barədə Sportinfo.az-a Şuşa təmsilçisinin mətbuat katibi Məryəm Məlikova məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının baş katibi, Azərbaycan Milli Paralimpiya Komitəsinin əlil arabasında qılıncoynatma idman növü üzrə milli komandasının üzvü Nicat Əhədov klubun baş katibi seçilib.

O, Vətən Müharibəsinin qazısıdır.

N.Əhədov 2021-ci ilin noyabr ayında, işğaldan azad edilmiş torpaqlarda - Ağdam şəhərində, Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətinin qarşısında ilk dəfə keçirilən Vətən Müharibəsi qaziləri arasında əlil arabasında qılıncoynatma idman növü üzrə I “Zəfər Kuboku”nun gümüş mükafatçısıdır.

Digər Xəbərlər
Xəbər Lenti