"Nə olsun ki, sədrəm, indiyədək buradan futbolçulara 1 manat verməmişəm"

14 Fevral 2023 15:00 Region Liqası 793
"Nə olsun ki, sədrəm, indiyədək buradan futbolçulara 1 manat verməmişəm"

«Biz bu komandanı öz şəxsi imkanlarımız hesabına saxlayırıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Qusarın Şirvanovka kəndinin bələdiyyə sədri Nemət Ramazanov deyib.

O, Region Liqasında mübarizə aparan «Şirvanovka»nı inkişaf etdirmək istədiklərini, lakin maliyyə imkanlarının məhdud olduğunu bildirib:

«Kənd komandasıyıq, böyük dəstəyimiz yoxdur. Bələdiyyə sədri olsam da, «Şirvanovka» buradan pul ayırmırıq.

Nə olsun ki, sədrəm, indiyədək bələdiyyə idarəindən futbolçulara 1 manat verməmişik. Nə ediriksə, öz cibimizdən edirik.

Mənim bir neçə yaxın dostum var, onlar komandaya maddi köməklik göstərirlər.

Həmçinin Yalamada fəaliyyət göstərən bir nəqliyyat şirkəti var, onlar səfər oyunlarına yollanmağımız üçün avtobusu pulsuz verirlər.

Hər oyun bizə 2000-2500 manata başa gəlir. Bəzən futbolçuların müəyyən problemləri çıxır, onu da həll edirik.

Mən bunu hesaba qatmıram. Region Liqasının ən təcrübəli komandasıyıq. Bu çəmpionatda nə qədər bacarsaq, qabağa gedəcəyik.

Əlbəttə ki. Divizionda oynamaq istəyərik. Bunun üçün AFFA və yerli iş adamlarının dəstəyi lazımdır.

AFFA komandamıza top və inventar verir. Hər oyuna görə 300 manat ödəyirlər. Bu da bizə dəstəkdir.

Ancaq Diviziondan söhbət gedirsə, «Şirvanovka»ya daha çox maddi kömək olmalıdır. O günün nə vaxt olacağını isə mən bilmirəm».

Digər Xəbərlər
Xəbər Lenti