COP29

Premyer Liqa klubuna sponsorluq etməyə başlayan iş adamı bu işləri görmək istəyir

14 Fevral 2023 14:00 Region Liqası 1 219
Premyer Liqa klubuna sponsorluq etməyə başlayan iş adamı bu işləri görmək istəyir

«Hünər Qrup»un təsisçisi və direktoru Ehtiram Quliyev Tovuza son səfəri zamanı stadionun ümumi durumu ilə yerində tanış olub.

Arenanın ərazisini gəzən iş adamı tezliklə burada bəzi yeni işlərin görülməsinə dair müvafiq göstəriş verib.

O, işıqlandırma sisteminin və tablonun quraşdırılmasını tapşırıb.

«Turan Tovuz»la 4,5 illik sponsorluq müqaviləsi imzalayan şirkətin sahibi stadionun azarkeş tutumunun daha da artırılmasının vacibliyi barədə fikir səsləndirib.

Biznes dünyasının tanınmış siması VİP-loja ilə üzbəüz hissədə 250 nəfərlik tribuna tikilməsini istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!