REGİON: Qarabağ qazilərinin komandasından Türkiyəyə jest və 8:0 - FOTOLAR

13 Fevral 2023 11:40 Region Liqası 678
REGİON: Qarabağ qazilərinin komandasından Türkiyəyə jest və 8:0 - FOTOLAR

Region Liqasında 11-ci turun oyunları keçirilib.

Paytaxt zonasının «B» yarımqrupunda mübarizə aparan «Difai» 10-cu matçına çıxıb.

Qarabağ qazilərinin komandası Abşeron Olimpiya Kompleksində «İrəvan»ın qonağı olub.

Türkiyədə zəlzələ qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. «Difai» qardaş ölkənin bayraqlarının rəngində forma ilə meydana ayaq basıb.

Futbolçular Türkiyə bayrağı ilə «silahlanaraq» növbəti dəfə «bir millət, iki dövlət» devizinə sadiqlik nümayiş etdirib. Həmçinin klub rəsmiləri tribunada Türkiyə bayraqlarını dalğalandırıb.

Qarşılaşma «Difai»nin 8:0 hesablı qələbəsiylə başa çatıb. Çempionatın bombardiri 1 dəfə fərqlənərək, qollarının ümumi sayını 22-yə çatdırıb. Mirkamil Əliyev dubla imza atıbsa,

Bayram Paşazadə , Bəhlul Əliyev, Gülalı Mehrəliyev, Xəyal Quliyev və Kənan Həsənzadə də adını hərəyə bir dəfə tabloya yazdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti