AFFA-nın “dəlləkxana”sı - Region Liqası BİABIRÇILIĞI!

11 Fevral 2023 17:40 Region Liqası 906
AFFA-nın “dəlləkxana”sı - Region Liqası BİABIRÇILIĞI!

Region Liqasında biabırçı hakim səhvlərini bir-birini əvəz edir.

Bu dəfə paytaxt zonasının «B» yarımqrupunda mübarizə aparan «Lokomotiv» ilə İCBFA oyununda (3:5) qalmaqallı hadisə baş verib.

Referi dirəyə dəyərək geri qayıdan topu qol olaraq qeydə alıb.

İCBFA-nın futbolçuları topun qapı xəttini keçmədiyini baş hakimə anlatmağa çalışsa da, o. fikrindən dönməyib. «Lokomotiv»in oyunçuları isə heç nə olmamış kimi, «fit sahibi»nin qərarına sevinib.

Belədir də, kim «dəlləkliy»i öyrənmək istəyir, AFFA onu bu çempionata göndərir. Bura bir növ təcrübəsiz hakimlərin «poliqon»udur. Federasiya.

Ümumiyyətlə, Region Liqasına barmaqarası yanaşır. Yarışa nəzarət 0 səviyyəsindədir.

Əlbəttə, bir halda ki, marketoloq Yusif vəliyev Region Liqasına kuratorluq edirsə, bu, belə də olmalıdır. O. guya boş-boş danışmaqdan və sosial şəbəkələrdə şəkil paylaşmaqdan savayı nə bilir ki? Əlindən gələn budur, bunu da edir.

Vəliyev və federasiyanın digər aidiyyatlı şəxsləri stadiona getməyə, Region Liqasını izləməyə can çəkir. Burada yaşanan hadisələrdən hamıdan gec xəbər tuturlar.

O da ki elə-belə. Nə olay baş verir, çalışırlar ki, ictimaiyyətdən gizlətsinlər.

Buradan görünür ki. Region Liqası AFFA üçün maraqsızdır və xüsusi əhəmiyyət kəsb etmir.

Razılaşmırlarsa, qoy, əksini sübuta yetirsinlər! Bu, necə ola bilər ki, federasiya noyabrda yeni mövsümə start verən komandaların qonorarını yalnız bir neçə gün öncə ödəsin?

Ciddi münasibət budur? Guya AFFA 42 iştirakçıya nə verir ki?

Hər oyuna görə 300 manat - yəni, qəpik-quruş. Federasiya bu pulu komandalara 3 ay sonra ödəyirsə, inanmaq olarmı ki, Region Liqasına isti yanaşır? Qətiyyən!

AFFA 3 il öncə açıqlama yaymışdı ki, Region Liqası I Diviziona “Körpü”dür. Burada 3 il çıxış etməlisən ki, peşakar status daşıyan aşağı liqaya vəsiqə qazanasan.

Başqa sözlə, Divzionu arzulayan klublar Region Liqasında təcrübə toplamalı, “bişməli”, təşkilatlanmalı, böyük futbolun havasını öz ağciyərlərinə çəkməlidir.

AFFA maddi dəstək və hakimlər sarıdan yarımhəvəskar komandalara barmaqarası yanaşırsa, onlar da istədiklərini edəcəklər.

Necə ki, edirlər. Bu yarışda söyülməyən və döyülməyən “dit sahibləri” tək-tükdür. Və təbii ki, bu təhqirlərdən qurumu idarə edənlər də öz “nəsibini alır”.

AFFA, deyəsən, yalnız elə bunu istəyir. Federasiyaya “Xan Lənkəran” kimi aşağıdan gələn ciddi klublar lazım deyil. A

FFA belələrinə qorxulu baxışlarla nəzər salır, onları “ortadan götürür”, futboldan incik salır. Məqsədlidir bu.

Müstəqil klubların yaranması və faəliyyət göstərməsini özlərinə təhdid kimi görürlər. Hansısa maraqlarına təhlükə yaranacağını hiss etdikləri üçün.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti