Lənkəran azarkeşini "Xan"dan məhrum edən AFFA baxsın və utansın - VİDEO

31 Yanvar 2023 20:00 Region Liqası 3 127
Lənkəran azarkeşini "Xan"dan məhrum edən AFFA baxsın və utansın - VİDEO

Gördüyünüz bu kadrlar Lənkəranda çəkilib. Yaxın keçmişə aiddir.

Yüzlərlə futbolsevər «Xəzər Lənkəran» Mərkəzi Stadionuna axışır. «Xan Lənkəran»ın oyununu izləmək üçün.

Min təəssüf ki, AFFA bu klubun inkişaf etməsinə imkan vermədi, onu «beşikdə boğdu».

Federasiya ötən mövsüm Region Liqasında debüt edən, finala vəsiqə qazanan «ağ-yaşıllar»ıa göz açdırmadı,

I Diviziona gedən yolunu bağladı. Heç bir tutarlı əsas göstərmədən.

Sadəcə, qısqanclıq. AFFA «Xəzər Lənkəran»ın fəxri prezidenti Mübariz Mənrsimovla olan ədavətinin acığını «Xan Lənkəran»dan çıxdı.

Nədir ki, klubun rəhbər şəxləri İstanbula yollanaraq, tanınmış iş adamıyla görüşmüş və bu görüşdən xatirə fotosunu sosial şəbəkədə yerləşdirmişdi.

Yoxsa «Xan Lənkəran»»ı dağıtmaq üçün başqa nə bəhanə ola bilərdi ki?

Rusiyada biznes fəaliyyəti göstərən Pərviz Hüseynov qısa bir müddət ərzində ölkə çapında normal bir klub formalaşdırmışdı. Şərati şərait, imkanı imkanı, iddiası iddia.

«Xan Lənkəran» I Divizionda çıxış etmək niyyətində idi. Öz ayağı üstündə qalan klubu AFFA aşağı dəstəyə buraxmamaqla, eyni zamanda, bölgə futbolsevərlərini sevimli idman növündən uzaq saldı.

Onların bütün arzularını, xoş xəyallarını suya düşürdü. Sözün bütün mənalarında haqsız davrandılar. «Xan Lənkəran»a da, onun azarkeşinə də, ümumən, futbol ictimaiyyətinə də. Öz çıxarlarına və şəxsi intriqalarına görə.

Bu hələ Region Liqasıdır və stadiona bir belə insan axışır. Təsəvvür edirsizmi ki, «Qarabağ», «Neftçi», «Sabah» Lənkərana gəlsəydi, şəhərdə necə böyük futbol bayramı yaşanardı?! Bu, sadəcə, inanılmazdır!

Zaman öz axarındadır. Onu durdurmaq mümkün deyil. su axıb bir gün öz çuxurunu tapacaq. Təbii ki, AFFA-nın funksionerləri həmin vaxt indiki kimi səlahiyyət sahibi olmayacaq.

Və o gün cavab verəcəklər. Tək-tək. Kimsə yaxasını kənara çəkə bilməyəcək.

Bölgə azarkeşlərinin böyük futbol həsrətini nisgilə çevirdikləri üçün.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular